Ayaqda ağrı, qıcolma və səbəbləri

h

Ayaqda agri niye olur?

Ayaqda ağrılar müxtəlif səbəblərdən ola bilər. Əgər ciddi bir fiziki travma və ya zərbə almamısınızsa ayaqda hiss olunan ağrının səbəbi nevroloji xəstəliyin mövcud olmasıdır. Ayaqda agri ve qicolma hissine səbəb olan bir neçə nevroloji xəstəlik mövcuddur. Bu gün onlardan biri – siyatik sinir haqqında danışacağıq.

Ayaqda ağrı, qıcolma, qarışqa yeriməsi hissi

Ayaqda güc itkisi, ağrı, qıcolma kimi hisslər insan bədənindəki ən qalın sinirin - siyatik sinirin əlamətlərindən hesab olunur. Bu sinir bel-oma bölgəsinin arxasından ayağın arxası boyunca və diz səviyyəsində iki əsas budağa bölünərək ayağa qədər uzanır. Qeyd etdiyim əlamətlər isə siyatik sinirin bədənin müxtəlif yerlərində sıxıldığı zaman ortaya çıxan narahatlıqlarıdır. İnsanlar bu sinirdən qaynaqlanan narahatlıqları, əsasən, “ayaqda ağri, qicolma və ayaqda qarisqa yerimesi” hissi kimi ifadə edirlər.

Siyatik sinir əlamətləri:

  • Budlardan ayaqlara doğru hiss olunan ağrı və qıcolma, xüsusilə ayağın aşağı hissəsində
  • Ayaq barmaqlarında və topuqda iynə batması hissi
  • Siyatik sinirin olduğu bədən bölgələrində hissizlik, buna bağlı olaraq hərəkətin zəifləməsi
  • Xəstəlik şiddətləndiyi zaman sidikqaçırma problemi də özünü göstərə bilir

stəliyin yaranma səbəbləri – siyatik sinir agrisi sebebleri:

  • Uzun müddət hərəkətsiz qalmaq
  • Çox tez-tez ağır qaldırmaq və ya ağır idman növlərini tətbiq etmək
  • Piylənmə
  • Yaş faktoru (insan yaşlaşdıqca sümüklər, eləcə də sümükətrafı toxumalar zəifləyir)
  • Diabet
  • Hamiləlik (kilo artımı onurğaya mənfi təsir edə bilir) və s.

Siyatik sinir ağrıları insandan-insana dəyişir, hər insan bu ağrıların şiddətini başqa cür hiss edə bilər. Məhz buna görə yuxarıda qeyd etdiyimiz əlamətləri siz də hiss edirsinizsə, nevroloq müayinəsi üçün müraciət edin. Həkim seçərkən həmçinin nəzərə alın ki, seçdiyiniz nevroloq siyatik sinir ağrılarını və səbəblərini dəyərləndirərkən həm də müalicə üçün sizə ən uyğun olan variantı seçsin. Çünki xəstəliyin ümumi əlamətlərini dəyərləndirməklə yanaşı biz, həkimlər həm də müraciət edən xəstənin fərdi xüsusiyyətlərini də doğru istiqamətdə nəzərdən keçirməliyik.