Fəqərəarası Disk Yırtığı Nədir? | Fəqərəarası Disk Yırtıqlarının səbəbləri, əlamətləri, müayinəsi və müalicəsi

1

Fəqərəarası disk yırtığı fəqərəarası diskin jeleyəbənzər nüvəsinin bir hissəsinin disk halqasından kənara çıxmasıdır. Onurğada 23 fəqərəarası disk var, onlar fəqərələr arasında süngər rolunu oynayaraq qoruyucu funksiyasını daşıyır. Bu disklərin mərkəzi hissəsi yumşaq jeleyəbənzər nüvədən və kənarı sərt fibroz həlqədən ibarətdir.

Fəqərəarası disk yırtığı fəqərəarası diskin jeleyəbənzər nüvəsinin bir hissəsinin disk halqasından kənara çıxmasıdır. Onurğada 23 fəqərəarası disk var, onlar fəqərələr arasında süngər rolunu oynayaraq qoruyucu funksiyasını daşıyır. Bu disklərin mərkəzi hissəsi yumşaq jeleyəbənzər nüvədən və kənarı sərt fibroz həlqədən ibarətdir. Orqanizmdə maddələr mübadiləsi pozulduqda fibroz həlqədə susuzlaşma prosesi baş verdiydən quruyur və çatlar əmələ gəlir. Beləliklə, jeləyəbənzər nüvə fibroz həlqədə yaranmış çatlara daxil olaraq önə doğru qabarırsa,bu protruziya,fibroz həlqənin tamlığını pozaraq tamamən kənara çıxırsa fəqərəarası disk yırtığı yaranır.

Ümumiyyətlə, fəqərəarası disk yırtığı onurğanın istənilən yerində baş verə bilər. Lakin bu, daha çox bel nahiyəsində rast gəlinir. 2ci yerdə boyun nahiyyəsində, daha az hallarda döş nahiyəsində fəqərəarası disklərdə rast gəlinir. Fəqərəarası diskin quruluşunda yaranan dəyişikliklər fəqərəarası disk yırtıqlarının yaranmasına səbəb olur. Ən çox 20-50 yaş aralığında olan insanlarda rast gəlinir və əmək qabiliyyətinin müəyyən vaxt ərzində, çox vaxt isə tamamilə itirilməsinə və əlilliyə gətirib çıxaran səbəblərdəndir. Vaxtında və düzgün müalicə aparmaq əsas şərtdir. Apardığım müalicə ilə disk yırtıqlarının əməliyyatsız sağalması mümkün olur. Disk yırtıqlarını kimyəvi dərmanlarla yanaşı daha müasir metod olan farmakopuntura (bioloji aktiv nöqtələrə bioloji preparatları yeritməklə)metodu ilə müalicə etməklə daha yüksək nəticə əldə olunur

Epilepsiya nədir və nədən baş verir? adlı bloqumuza keçid etmək üçün klik edin

Uşaqlarda Gecələr Sidik Qaçırma (Enurez) I Səbəbləri və Müalicəsi adlı videomuza keçid etmək üçün klik edin