Nevroz nədir? | Nevroz xəstəliyinin müalicəsi

1

Nevroz nədir

Nevroz və ya psixonevroz narahatlıq hissi, fəaliyyət çatışmazlığına səbəb olan psixi pozğunluqdur.Bu bloqda nevroz xəstəliyi haqqında ətraflı məlumat ala bilərsiniz. Nevroz orqanizmdə heç bir patologiya olmadan meydana çıxan pozuntudur. Patologiya olmadan meydana çıxması insanların xəstəliyə laqeyd münasibət göstərməsinə gətirib çıxarır.

Bəs onda nevrozun yaranma səbəbləri nələrdir?

Nevroz psixoloji, sosioloji, bioloji və genetik faktorlardan meydana çıxır. Ən başlıca səbəb isə biolojidir. Beyində xoşbəxtlik hormonu (serotonin maddəsi) səviyyəsinin aşağı düşməsidir.  Eyni zamanda stress, xoşbəxt olmadan yaşamaq, düzgün qidalanmamaq, alkoqol, siqaret əsas risk faktorlarıdır.

Nevroz vaxtı əsasən aşağıdakılardan şikayət edirik
Əgər sizdə həyəcan, ürəkbulanma, kefsizlik, ölüm qorxusu, yuxu və iştah pozulmaları, depressiyaya meyillilik hallarından bir neçəsi varsa, bu artıq hərəkətə keçməyinizə işarədir.

 

Nevrozun aşağıdakı növləri vardır:

• Həyəcan nevrozu;
• Obsessiv-kompulsiv nevroz;
• Somatik nevroz;
• Fobiyalar;
• Postravmatik stress pozuntusu və s.

Nevroz xəstəliyinin müalicəsi

Nevroz xəstəliyi xəstənin yaşı, yanaşı xəstəlikləri varsa, ona uyğun  müalicə tətbiq olunmalıdır. Effektiv müalicə aparılması üçün xəstəliyin ilk növbədə yaranma səbəbini aydınlaşdırmaq lazımdır. Lakin nevrozun əsas səbəbi, adətən psixoloji travmalar, gərginliklər, özünəqapanma halları və s. olur. Bu səbəbdən xəstələr stress yükünü minimuma endirməli və sakitləşdirici terapiyalar da tətbiq etməlidirlər. Bununla yanaşı, apardığımız düzgün və effektiv müalicə sizi xəstəlikdən tamamilə azad edəcək

Digər bloqlarımızla tanış olmaq üçün klik edə bilərsiz.