Smartfonlar nevroloji xəstəliklər yaradır

hkk

Smartfon istifadəsi sağlamlıq probleminə səbəb olurmu?

Günümüzdə, əlbəttə ki, smartfon istifadəsini həddindən çox azaltmaq və ya telefonlardan imtina etmək qeyri-mümkündür. Buna baxmayaraq nəzərə almalı olduğumuz son dərəcə vacib məqamlar var. Bu məqamlara fikir vermək sağlamlığımızı qorumaq yolunda əməl etməli olduğumuz əsas vərdişlər halına çevrilməlidir.

Biz əksər hallarda “Smartfonlar sağlamlığa zərər vurur” dedikdə və ya gündəmdə telefonların, planşetlərin və s. sağlamlığa olan mənfi təsirləri ilə bağlı informasiyalar, elmi məqalələrlə rastlaşdıqda insanlar elə başa düşürlər ki, smartfonlar – ağıllı telefonlar yalnız gözlərə ziyan vurur. Çoxusu elə bu problemdən “mənim gözüm yaxşı görür” deyərək uzaqlaşmağı seçirlər.

Smartfonlar niye nevroloji xestelik yaradir?

Bu niyə baş verir? - Ona görə ki əksəriyyətimiz telefona baxarkən boynumuzu əyərək baxırıq, xüsusilə də piyada gəzəndə və s. Bu onurğanın tamamilə yüklənməsinə səbəb olur.
Boynunuzu əyərək telefona baxdıqda onurğanın boyun nahiyəsinin ön tərəfinə düşən təzyiqi artırırsınız, oradakı qığırdaqların arxadan şişməsinə səbəb olursunuz. Bu həm də onurğanın döş və bel nahiyələrinə öz mənfi təsirini göstərməkdədir.

Bundan əlavə həddindən çox şüa, digital yeniliklərin təsirində olmaq, qarışıq və bir-birini sürətlə yeniləyən informasiyalar, beyinin hər daim yüklənməsi, tez reaksiya vermək məcburiyyətində hiss etmək – yalnız informasiya ilə yüklənmə və insan sağlamlığı üçün ən vacib olan istirahətə zaman ayırmama və s. kimi səbəblər nevroloji xəstəliklərin başlanğıcıdır.

Telefon nevroloji xestelik yaradır

Telefon aşağıdakı nevroloji xəstəliklərin əsas səbəbkarlarından biridir:

- qamət pozuntuları,
- osteoxondroz,
- çiyin ağrıları,
- boyun ağrıları, (yırtıqlar, əzələ ağrıları və s.)
- tennisçi dirsəyi,
- baş ağrıları,
- bud çanaq artrozu və s.

Əgər bu əlamətlər sizdə də varsa və ya telefon hər daim əlinizdə altında olursa nevroloq müayinəsinə tez-tez getməli olduğunuzu unutmayın.

Sağlam bədəni heç nə əvəz edə bilmir.