Epilepsiya əlamətləri xəstəliyin növlərinə görə fərqlənsə də, ümumiyyətlə epilepsiya əlamətlərini aşağıdakı kimi sıralamaq olar:
Şüur itkisi: İnsan epilepsiya zamanı baş verənləri idarə edə və xatırlaya bilməz.
Əzələ dartılması: Epilepsiya zamanı insanın bütün əzələləri qeyri-ixtiyari olaraq yığılır və rahatlaşır
Epilepsiya nədir
Epilepsiya əlamətləri xəstəliyin növlərinə görə fərqlənsə də, ümumiyyətlə epilepsiya əlamətlərini aşağıdakı kimi sıralamaq olar:
Şüur itkisi: İnsan epilepsiya zamanı baş verənləri idarə edə və xatırlaya bilməz.
Əzələ dartılması: Epilepsiya zamanı insanın bütün əzələləri qeyri-ixtiyari olaraq yığılır və rahatlaşırBaşı və Gözləri Bir tərəfə çevirmək: Epilepsiya zamanı insan başını və gözlərini sağa və ya sola hərəkət etdirə bilər.
Sidik qaçırma: Epilepsiya zamanı insan əzələlərini idarə edə bilmədiyi üçün sidik qaçıra bilər.
Epilepsiyadan Sonra Qarışıqlıq: Epilepsiyanın bitməsi ilə insan yorğun və çaşqın olur.
Epilepsiya ilə baş verən simptomlar hansılardır?
Epilepsiya növündən asılı olaraq müxtəlif simptomlar meydana gələ bilər. Bu simptomlardan bəzilərini aşağıdakı kimi sıralamaq olar:məcburi əzələ hərəkətləri, hərəkətlərin təkrarlanması qəfil düşmə, qəribə davranış və danışma,Dad, qoxu, toxunma və görmə duyğularında fərqlilik; Qısa müddət ərzində bir nöqtəyə fokuslanaraq dalmaq, Əldə olan əşyaları qeyri-iradi yerə salmaq. Anlaşılmaz sözlər söyləmək. Sualları cavabsız qoymaq.
Epilepsiyaya nə səbəb olur?
Epilepsiya genetik, anadangəlmə anomaliyalar və doğuş travmaları səbəbindən baş verə bilər. Bundan başqa bəzi beyin damar xəstəlikləri, beyin iltihabı, kəllə-beyin travması, beyin qanaması, şişlərin olması, uşaqlıqda yüksək hərarət və spirt istifadəsi kimi bir çox fərqli faktor epilepsiyanın əmələ gəlməsində rol oynaya bilər. Lakin bir çox epilepsiya xəstələrində qıcolmalara səbəb olan faktor müəyyən edilə bilmir.
Epilepsiyanın mərhələləri hansılardır?
Bəzi insanlar epilepsiya baş verməzdən əvvəl bəzi simptomlar hiss edə bilərlər. Tutma beynin kiçik nahiyəsindən qaynaqlanırsa, tutmadan əvvəl bəzi hallarda hiss oluna bilən bu əlamətlərə aura deyilir. Bu simptomlar anormal elektrik aktivliyinin baş verdiyi beynin bölgəsindən asılı olaraq da fərqlənə bilər. Epileptik tutmadan əvvəl baş verən simptomları aşağıdakı kimi sıralamaq olar:Uyuşma: İnsan bədəninin müəyyən bir yerində uyuşma hiss edə bilər.
Görmə və eşitmə itkisi: İnsanın görmə və ya eşitməsində fərq ola bilər.
Qoxu: Tutmadan əvvəl adam pis qoxu hiss edə bilər
Bulantı: Mədədə təzyiq və ya ürəkbulanma hissi yarana bilər.Bel yırtığı haqqında doğru bilinən yanlışlar adlı bloqumuza keçid etmək üçün klik edin
Depressiyadan Necə Qurtulmaq Olar? I Nevroloq Ruhiyyə İbrahimli adlı videomuza keçid üçün klik edin