Beyin, beyincik, onurğa beyni, periferik sinir sisteminə, əzələlərə aid olan bütün xəstəliklər sinir sistemi xəstəlikləri adlanır. Bu xəstəliklər ya anadangəlmə mövcud olmuş olur, ya da sinir sistemi travmaları, sinir sisteminə təsir edən orqanlarda meydana gəlmiş problemlər nəticəsində yaranır.
Sinir sistemində meydana gələ bilən ən kiçik problem belə xəstənin hərəkət qabiliyyətinin zəifləməsinə - sağlamlığına çox ciddi zərbə vura bilər.
Sinir sistemi xəstəlikləri hansılardır?
Sinir sistemini əhatə edən xəstəliklər haqqında məlumatlanmaq və tez tədbir görmək vacib əhəmiyyət kəsb edir. Sinir sistemi xesteliklerinə aiddir:
- Epilepsiya,
- Parkinson,
- Artsheymer,
- Demans,
- İflic,
- Miqren,
- Ağır baş ağrıları,
- Yuxu pozuntuları, yuxusuzluq,
- Beyin-damar xəstəlikləri,
- Əzələ xəstəlikləri,
- Beyin və onurğa beyni şişləri,
- Meningit,
- Multipl skleroz (MS),
- Serebral iflic və digər xəstəliklər.
Sinir sistemi xəstəlikləri necə meydana gəlir?
Sinir sistemi xestelikleri nədən qaynaqlanır? Sinir sistemi xəstəliklərin yaranma səbəbinə bir çox faktorları aid etmək olar. Digər xəstəliklərdə olduğu kimi bu xəstəliklərə də genetik amil öz təsirini göstərir. (Əgər ailə üzvlərində, yaxın qohumlarda hər hansı sinir sistemi pozğunluq əlamətləri varsa, digər ailə üzvlərində də bu növ xəstəliklər yarana bilər.) Amma sinir sistemi funksiyasına təsir edən digər əsas amilləri də sadalaya bilərik:
- infeksiyalar;
- qəzalar, yaralanmalar, travmalar sonrası sinir sisteminin fəaliyyətinin pozulması;
- Diabet və s. kimi periferik sinir sisteminə zərər verən xroniki xəstəliklər,
- Yaşın artması, qocalıq
və bundan başqa saymaqla azalmayan bir çox ətraf təsir və daxili amillər.
Sinir sistemi xəstəliklərinin əlamətləri
Sinir sistemi xəstəliyinin əlamətləri necə özünü göstərir? Sinir sistemi xəstəliklərində özünü göstərən əlamətlər xəstəliyin növündən, xəstənin ümümi sağlamlıq vəziyyətindən, ətraf təsirlərdən və s. asılı olaraq fərqlilik təşkil edə bilər. Ümumi olaraq, sinir sistemi xəstəliklərindən əziyyət çəkən insanlarda geniş yayılmış narahatlıqları qeyd edə bilərik:
- Qollar, ayaqlar və əllərdə uyuşma, qıcıqlanma hissi
- Hərəkət pozğunluqları (balansı qoruya bilməmək-hərəkəti tənzimləyə bilməmək, baş dönməsi və s.)
- Düşünmə və nitq pozuntuları
- Yaddaşın itməsi, unutqanlıq
- Həddindən artıq aqressivlik
- İnsanlardan uzaqlaşma, sosial izolyasiya
- Daimi narahatlıq hissi, huşunu itirmə və s.
Sinir sistemi xəstəliklərinin daha ağır fəsadlarından qorunmaq üçün ən tez zamanda müayinə və yaxşı mütəxəssis həkim (nevroloq, nevropatoloq) tərəfindən qoyulmuş diaqnoz insan həyatı üçün önəmlidir. Sinir sistemi sağlamlığının qorunması insanın həyat fəaliyyətini məhdudlaşdıracaq ağır xəstəliklərdən qorunmaq deməkdir.