Sinir xəstəlikləri insanlarda bir çox mürəkkəb əlamətlə özünü birüzə verir. Maraqlısı isə odur ki, bəziləri hər hansı sinir xəstəliyi ilə yaşadığının heç fərqində olmur. Bunun bir sıra səbəbləri vardır, təbii ki.
Gəlin görək, insanlarda çox geniş şəkildə görülən sinir xəstəlikləri hansılardır?
1) Depressiya. Depressiyada olan insanlar özünü çox uzun müddət kədərli hiss edir, həyata ümidsiz baxır. Sanki insan özünü boşluqda hiss edir və heç bir çıxış yolu görmür. Depressiyalı insanlar adətən özünü halsız hiss edir. Belə insanlar özünün və həyatının bir dəyəri olmadığını düşünür. Bu vəziyyətin sonu sinir krizlərinə, hətta intihara gətirib çıxara bilər.
2) Nitq pozuntuları – sinir sisteminindəki pozğunluğun növündən və fəsadın dərəcəsindən asılı olaraq nitqdə qüsurlar meydana gəlir. Belə insanlar özlərini istədikləri şəkildə ifadə edə bilmirlər.
3) Fobiyalar. Fobiya insanın bəzi varlıqlardan (canlı və ya cansız əşya, cisimlər və s.) və ya hadisələrdən qorxması nəticəsində yaranır. Müxtəlif fobiyalara sahib olan insanlar bu vəziyyətdən əziyyət çəkir, qorxularının üstünə getməyə cəsarət edə bilmirlər. Fobiyalar şiddətli hal aldıqda insan özünə qapanır və ətrafdakılardan uzaqlaşmağa başlayır.
4) Asılılıq – biz asılılıq dedikdə daha çox alkoqollu içkilər və ya siqaret, narkotik kimi maddələrdən istifadəni başa düşürük. İnsan isə hər hansı bir fəaliyyət və ya başqa bir insandan da asılı ola bilər. Məsələn, oyun oynamaq, qumar, eləcə də hər hansı bir insanla daha çox, hətta bütün günü bir yerdə olmaq istəyi və s. Bu o dərəcəyə çatır ki, insan tək qala bilmir, ya da həyatdakı bütün reallıqlardan uzaqlaşmaq üçün sadəcə davamlı vərdişlərinə asılı olaraq qalır.
Əslində, insanlar sinir xəstəliklərinin əlamətlərinə diqqət etmədikləri üçün və bəzən bu əlamətləri adi hal kimi qiymətləndirdikləri üçün nevroloji olaraq çox təhlükəli duruma düşə bilir. Buna görə də sinirlərimiz ümumi sağlamlığımıza təhlükə yaratmamış vaxtında hərəkət etmək və nevroloji sağlamlığı bərpa etmək lazımdır.