Enerji içkiləri niyə zərərlidir?
Bu gün az qalsın uşaqların da içdiyi enerji içkilərindən danışacağıq. Enerji içkiləri təkcə nevroloji sağlamlıq üçün zərərli deyil, həm də orqanizmin tam sağlam fəaliyyətinə mane olur. Bizim sağlamlığımız üçün əhəmiyyətli rol oynayan orqanlara birbaşa təsir göstərir.
Enerji içkiləri insanları aqressiv edir?
Enerji içkilərinin enerji vermədiyini, əksinə bədənimizdə olan bütün enerjini aldığını bilirdiniz? Aparılan araşdırmalar sübut edib ki, enerji içkilərinin istifadəsi orqanizmin daxili orqanlarına ziyan vurmaqla qalmır, həm də beyinin fəaliyyətini pozur. Beyinin fəaliyyətinin pozulması da aqressiv ruh durumunun yaranması üçün təməl rolunu oynayır. Zəncirvari narahatlıq prosesi beləcə davam etmiş olur.
Bəzi araşdırmalar isə enerji içkiləri içən insanların metabolik narahatlıqlar, xüsusilə şəkər xəstəliyinə tutulduğunu göstərir.
Enerji içkilərinin mənfi təsirlərini necə aşkar etməli?
Aşağıdakı əlamətləri hiss etdikdə;
- Ürəkbulanma,
- Qusma,
- Başgicəllənməsi,
- Sürətlənən ürək döyüntüsü
- Yuxusuzluq və s.
dərhal nevroloqa müraciət edin.
Bu əlamətləri hiss edərək müraciət edən xəstələrin əksəriyyətində heç bir nevroloji xəstəlik aşkarlanmadığı halda, bu narahatlıqlar davamlı hal alıb. Enerji içkilərinin beyinə olan təsiri bu qədər ağırdır və müalicə xeyli vaxt alır.
Bir nevroloq kimi tövsiyə edərdim ki, sağlamlığınızın (xüsusilə beyin sağlamlığınızın, ruh durumunuzun) qayğısına qalın. Yaşamınız üçün təhdid rolunu oynayan qida vasitələrindən və içkilərdən uzaq durun.