Depressiyadan uzaqlaşmaq üçün məsləhətlər

hj

Depressiya niyə yaranır? 

Depressiya insanlar arasında geniş yayılmış olan psixi (nevroloji) pozuntulardan biridir. Demək olar ki, hər insan həyatının müəyyən bir vaxtında depressiya yaşaya bilər. Diqqət etməli olduğumuz məqam nə ilə bağlıdır? - depressiya vəziyyəti hiss etdikdə bunun aylarla davam etdiyini görürsünüzsə, vəziyyət daha da pisləşmədən nevroloqa müraciət edin.

Depressiya müxtəlif səbəblərdən ortaya çıxa bilər. Burada ətraf mühit amilləri ilə yanaşı, orqanizmin bütov vəziyyəti, xəstəliklərin əlamətləri də dəyərləndirilməlidir. Məsələn, depressiya araşdırılarkən mütləq nevroloq, endokrinoloq, zəruri olduqda psixiatr birgə çalışmalıdır. (Burada endokrinoloq ona görə qeyd olunub ki, bəzi endokrin xəstəliklər - vitamin çatışmazlığı, tiroid xəstəlikləri və s. insanın yorğun, halsız, əhvalsız hiss etməsinə sənəb ola bilər. Pasiyentlər isə bunu depressiya adlandırır.)

Depressiya əlamətləri nələrdir?

  • Halsızlıq,
  • Gərəksizlik hissi
  • Məşğuliyyətlərdən – həyatdan zövq ala bilməmək
  • Ümidsiz hiss etmək
  • Qərar vermədə çətinlik çəkmə
  • Diqqətini toplaya bilməmək
  • Gündəlik vərdişləri yerinə yetirməkdən imtina etmək və s. əlamətlər

Depressiyadan uzaqlasmaq ucun ne etmeli?

Depressiyadan uzaqlaşmaq üçün məsləhətlər:

  1. Evdə çox tək qalmamağa çalışın. Uzun müddət evdə qalmaq hobbi və məşğuliyyətlərdən uzaqlaşmağınıza səbəb olacaq. Bu da özünəqapanıqlığa şərait yaradır.
  2. Yuxu rejiminizə diqqət edin. Çalışın, kifayət qədər səmərəli yuxu rejiminiz olsun. Yatmazdan əvvəl yuxu keyfiyyətini aşağı salan amillərdən uzaq durun (məsələn, telefon, televizora baxmaq, ağır yeməklər yemək və s.).
  3. Sağlam qidalanın. Unutmayın ki, yediyiniz hər şey ruh halınıza da təsir edir. Qida seçimində daha diqqətli olmağa çalışın.
  4. Plan dəftəri tutun. Hər gün görməli olduğunuz işləri mütləq qeyd edin. Bu zaman onları həyata keçirməyə məcbur hiss edəcəksiniz və bu heç də yorucu bir proses olmayacaq. Bu davranış sizə həm də motivasiya verəcək.
  5. Hər gün ən azı 10-15 dəqiqəlik bir müddətdə insanlarla ünsiyyət, xoş söhbət və ya gəzintiyə çıxmaq yaxşı seçimlərdir.

Depressiv əlamətlər hiss etdiyiniz halda və ya daimi yorğunluq, halsızlıq hissinin sizə yükləndiyi hallarda nevroloq müayinəsi üçün müraciət etməyi unutmayın. Depressiya müddətini uzatmayın, müalicə olunaraq tez zamanda xoş əhvali-ruhiyyədə olmağın həzzini yaşayın.