İnsomnia yuxusuzluq xəstəliyi adlandırılır. İnsomnia problemi olan insanlar yatağa girdikdən sonra gözlərini yuma bilmirlər. Müxtəlif istiqamətlərə dönərək yuxuya keçməyə çalışırlar, ancaq alınmır.
Yuxusuzluq 3 fərqli şəkildə görülür. Bunlar keçici, qısamüddətli və xroniki yuxusuzluqdur. Bir neçə gecə yata bilməmək müvəqqəti bir haldır, 1-3 həftə ərzində olduqda isə bu, yuxusuzluq xəstəliyidir. Bu vəziyyət uzun müddət yaşanarsa, xroniki hala çevrilir və insanın təbii tarazlığını müxtəlif yollarla pozur. Ona görə də həkimə müraciət edib, vaxtında müalicə götürmək lazımdır.Yuxusuzluq bu əlamətlərlə özünü göstərir:
- Gecələr yatmaqda çətinlik;- Gecə yuxudan oyanmaq;
- Erkən yuxudan oyanmaq;
- Gecə yuxusundan sonra yaxşı istirahət etmiş olmamaq;
- Gündüz yorğunluq və ya yuxululuq;
- Qıcıqlanma, depressiya və ya narahatlıq;- Diqqəti cəmləməkdə çətinlik, tapşırıqlara diqqət yetirə bilməmək və ya yadda saxlaya bilməmə.
- Artan səhvlər və ya qəzalar.