Sinir sistemi
Sinir sistemi orqanizmi təşkil edən sistemlərin fəaliyyətini nizama salır. Bunun sayəsində orqanizmin tamlığı və nizamlı fəaliyyəti təmin edilir.
Unutmayın ki, sinir sisteminin sağlam fəaliyyət göstərməsi orqanizmin nizamlı (balanslı) şəkildə sağlam fəaliyyəti üçün vacibdir.
Sinir sisteminin sağlamlığını yoxlayın
Gəlin görək sinir sistemini necə yoxlamaq olar və sinir sisteminiz nə dərəcədə sağlamdır? Elə adicə bir sualdan başlayaq:
Əsəbiləşən zaman ilk reaksiyanız necə olur?
Bu suala dürüst şəkildə cavab verməyiniz mütləqdir.
Əsəbiləşdiyimiz zaman hədsiz böyük reaksiyalar vermək nevroloji sağlamlığın yaxşı səviyyədə olmadığından xəbər verir. Həmçinin əsəb yaradan situasiyalara çox sakit reaksiya vermək, emosiyaları sıxmaq da düzgün davranış deyildir. Bunların hər ikisi nevroloji sağlamlığı anlamaq üçün vacib amillərdən biridir.
Nevroloji problemler, nevroloji sağlamlıq, nevroz
Aşağıda sadalanan simptomlar nevroloqa müraciət etmək üçün səbəbdir. Əgər siz də bu sadalanan əlamətlərdən hər hansı birini və ya bir neçə simptomu bir yerdə hiss edirsinizsə, tez zamanda nevroloq həkimə müraciət edin.
- Tez-tez kövrəlib ağlamaq
- Fobiyaların çoxluğu
- Bədəndə qıcıqlanma hissi, uyuşmalar
- Baş, bel və boyun ağrıları
- Xroniki yorğunluq
- Başdönməsi və s.
UNUTMAYIN - sinir sistemi sağlamlığı bütün orqanizmə təsir göstərir. Əgər mental durumunuz və nevroloji sağlamlığınız tamamilə bərpa olunmazsa, həyat tərziniz get-gedə çətinləşəcək. Eyni zamanda bu, digər daxili orqanların fəaliyyətinə mənfi təsir göstərəcəkdir.
Ən son nə zaman nevroloq müayinəsindən keçmişdiniz?