Tikin ən ağır forması Turetta sindromu adlanır ki, bu da motor, hərəkət və səsli tiklərin birləşməsindən yaranır. Sindrom irsi yolla ötürülə bilər. Belə ki, problemin valideyndən uşağa keçmə ehtimalı 50 %-dir.
Tikin ən ağır forması Turetta sindromu adlanır ki, bu da motor, hərəkət və səsli tiklərin birləşməsindən yaranır. Sindrom irsi yolla ötürülə bilər. Belə ki, problemin valideyndən uşağa keçmə ehtimalı 50 %-dir. Lakin sonradan qazanılma, travmatik mənşəli, uzun müddət psixoloji təzyiq altında yaşayan uşaqlarda qeydə alına bilər. Xəstələr özlərindən asılı olmayaraq, qeyri-təbii səslər çıxarır, başqalarının sözlərini təkrar edir, öz nitqlərində çoxlu nalayiq sözlərdən və söyüşlərdən istifadə edirlər. Xəstəliyin ağırlığı onunla müəyyən olunur ki, bu vəziyyət məhz çoxlu miqdarda insan kütləsinin toplaşdığı yerlərdə baş verir. Məsələn, ictimai nəqliyyatda gedən insan qəflətən yanında dayanan başqa insanların öz aralarındakı söhbətlərin məzmunun söyüş sözlərlə qarışdırıb təkrar edirlər. Bu, xəstələrin özündən asılı olmayan bir
vəziyyətdir. Onlar öz dedikləri sözlər üçün cavabdehlik daşımırlar və bu vəziyyət dərin psixi pozuntu əlaməti kimi xarakterizə edilir. Bütün bunlarla yanaşı xəstələrin mimiki üz əzələlərində, yuxarı ətraf qurşağı əzələlərində qeyri-iradi tiklər baş verir.