Yaddaş zəifliyi və unutqanlıq

q

Yaddaş zəifliyi və onun səbəbləri

Bildiyimiz kimi, yaddaş zəifliyi, əsasən, yaşlı insanlarda görülən əlamətlərdən biridir. İnsan qocaldıqca qavrama qabiliyyəti də azalır, buna uyğun olaraq hadisələri, adları və s. yaddaşda saxlamaq bir müddət sonra çətin gəlir. Bundan başqa Altsheymer, Parkinson kimi xəstəliklərin əlamətləri sırasında unutqanlıq problemi var.
Unutqanlıq təkcə yaşlı insanlarda mövcud deyil, hazırkı dövrdə gənclərin əksəriyyəti bu problemdən əziyyət çəkir.

Niyə yaddaş zəifləyir?

Yaddaşın zəifləməsinin müxtəlif səbəbləri var. Bəzən tam sağlam insanlarda da unutqanlıq əlamətlərini müşahidə edirik. Bu adətən bir müddət çox yüklənmə, gərginlik, həddindən artıq informasiya ilə əhatələnmək və s. hallarda özünü göstərən qısamüddətli, keçici bir problem kimi mövcud olur.

Genc insanlarda niye yaddas zeifleyir?

Bəzi hallarda isə bu, adi bir problem deyil, ya nevroloji xəstəlik əlamətidir, ya da orqanizmdə hər hansı qeyri-sağlam prosesdən xəbər verir:

  • Beyin travması və ya nevroloji xəstəliyin mövcudluğu;
  • Uzun müddət stresli vəziyyətdə olmaq (və artıq streslə mübarizə aparmaqda çətinlik)
  • Orqanizmdə digər xəstəliklərin olması (xüsusilə endokrin xəstəliklər)
  • Ətraf mühit təsirləri və s.

Nəzərə almalıyıq ki, D vitamini çatışmazlığı da halsızlıq, yorğunluq hissi verdiyi kimi bir müddət sonra yaddaş zəifliyinə də yol aça bilər.

Əvvəlcə nevroloq (nevropatoloq həkim) müayinəsi nəticəsində yaddaş zəifliyinin arxasında dayanan səbəbi aşkarlamaq və buna uyğun müalicə planı hazırlamaq lazımdır. Əgər heç bir nevroloji problem aşkarlanmasa o zaman digər mütəxəssis həkimlərə yönələrək endokrin xəstəliyin (və ya yaddaş zəifliyinə səbəb ola biləcək digər xəstəliklərin) mövcud olub-olmaması müəyyənləşdirilməlidir.