Mükəmməlliyyətçilik problemi xəstəlikdir?
Bəlkə də, bizə illərdir mükəmməlliyyətçilik ən yaxşı xarakter xüsusiyyəti kimi təlqin olunmuşdu. Əslində isə mükəmməlliyyətçilik – həyatın hər sferasında, istənilən hər işdə qüsursuzluq axtarmaq, hər şeyin ən yaxşısına nail olmaq cəhdi, bəzi şeylərə özünü heç vaxt hazır hiss etməmək və s. psixoloji xəstəlik səviyyəsində inkişaf edə bilər.
Mükəmməlliyyətçiliklə əlaqəli nevroloji xəstəliklər
Amerika Birləşmiş Ştatlarındakı universitetlərin araşdırmalarına görə hər beş gənc və yeniyetmədən ikisində mükəmməlliyyətçilik simptomları ən yüksək həddə çatır. Bu insanların (mükəmməlliyyətçi) içində daima özlərini qınayan, qəddar bir iç səs olur.
Bu, həddində olduqda yaxşı bir xarakter xüsusiyyətidir, lakin həddi aşdıqda nevroloji sağlamlığın sərhəddinə çatır.Nəticədə, depressiya, müxtəlif asılılıqlar, xroniki yorğunluq, xroniki baş ağrıları, yuxusuzluq və s. nevroloji problemlər ortaya çıxır və bu vəziyyəti daha da ağırlaşdırır.
Əgər özünüzdə yuxarıda qeyd etdiyimiz mükəmməlliyyətçilik problemini aşkar edə bilirsinizsə, həkimə müraciət edin. Təbii ki, zəruri hallarda həm də psixoloqla birgə çalışmaq lazımdır ki, problem effektiv şəkildə həll oluna bilsin.
Bəs siz necə? Sizdə də mükəmməlliyyətçilik həddindən artıq səviyyədə özünü göstərir?