Statistikaya görə, damar xəstəliklərdən (hipertoniya, ateroskleroz, ürəyin işemik xəstəliyi, infarkt və insult) sonra osteoxondroz xəstəliklər arasında 2-ci yer tutur. Lakin damar xəstəliklərdən fərqli olaraq osteoxondroz cavan insanlarda inkişaf edir. Həkimlərin müşahidələrinə görə, insanların bir çox hissəsində osteoxondroz var.
Statistikaya görə, damar xəstəliklərdən (hipertoniya, ateroskleroz, ürəyin işemik xəstəliyi, infarkt və insult) sonra osteoxondroz xəstəliklər arasında 2-ci yer tutur. Lakin damar xəstəliklərdən fərqli olaraq osteoxondroz cavan insanlarda inkişaf edir. Həkimlərin müşahidələrinə görə, insanların bir çox hissəsində osteoxondroz var. Bunun səbəbini isə həkimlər müasir insanın azhərəkətli həyat tərzində, düzgün olmayan qidalanmada görürlər.
Boyun osteoxondrozu bu xəstəliyin ən təhlükəli növü sayılır. Boyun osteoxondrozunun əsas yaranma səbəbi maddələr mübadiləsinin pozulmasıdır. Yaşlanma, boyunun qeyri-düzgün hərəkətləri və pozisiyaları, makro, mikro travmalar diskin qidalanmasını pozur. Nəticədə diskin quruluşu da pozularaq osteoxondrozun yaranmasına səbəb olur.
Boyun osteoxondrozu zamanı bu kimi simptomlar meydana çıxa bilər:
- boyun hissəsində daim ağrılar,
- qollarda və çiyinlərdə ağrılar, keyləşmə, "qarışqaların gəzişməsi" hissi,
- boyunun hərəkətliliyin məhdudlaşması. Bəzən insan hiss edir ki, boyunu hətta tərpədə bilmir və başını yanlara çevirmək üçün bədənini çevirməli olur.
- baş gicəllənməsi,
- başda ağırlıq hissi,
- tez-tez təkrarlanan baş ağrıları,
- ənsə nahiyəsində ağrı,
- qulaqlarda küy,
- yaddaşın pisləşməsi
-arteral təyziqin yüksəlməsƏgər siz özünüzdə bu kimi simptomları müşahidə etmisinizsə, mütləq nevroloqa müraciət edin
Tez-tez verilən suallar ilə tanış olmaq üçün klik edin
Beyin Qan Dövranı Hansı Hallarda Pozulur adlı videomuza keçid etmək üçün klik edin