Onurğa sütunu nədir?
Onurğa bədənimizin orta xəttində yerləşən, bədənin tarazlığını və hərəkətini qorumağa kömək edən və bir çox əzələ birləşmə nöqtələrini meydana gətirən sütundur.
Onurğa sütunu xəstəlikləri
•Boyun,döş, bel-oma nahiyəsinin fəqərəarası disk yırtıqları (qrija)
• Onurğa kanalının darlığı
• Fəqərələrin sürüşmə (Spondilolistez)
• Boyun kanalının darlığı (Servikal spondilotik miyelopatiya)
• Facet sindromu
• Onurğa sütunu şişləri (ilkin onurğa şişləri)
• Onurğaya yayılan şişlər
• Onurğa beyni şişləri
• İnfeksiyala
• Spondilodisit
• Epidural abses
• Onurğa arası abses
• Travmalar (hündürlükdən yıxılma, iş qəzası, avtomobil qəzası və s.)
• Onurğa sınıqları
• Osteoporoz
• Travmatik disk yırtıqları
• Onurğa əyrilikləri
• Skolyoz
• Kifoz
• Anadangəlmə deformasiyalar
Onurğa sütunun fəqərəarası disk yırtıqlarının simptomları
Onurğa sütunun fəqərəarası disk yırtıqlarının simptomları 2 yerə bölünür:
🔵Ümumi simptomlar onurğada və ya onun bir hissəsində ağrılar olur, fiziki güclə ağırlaşır və hərəkətsiz,istirahətdən sonra zəifləyir, güclü əzələ gərginliyi və dərinin yanması hissi ilə xarakterizə olunur.
🔵Yerli simptomlar-bunlar müəyyən bir şöbədə(boyun, döş, bel-oma nahiyəsində və s) problemi göstərən əlamətlərdir.
Onurğa əyriliyi üçün idman
Hərəkət qabiliyyətimiz üçün onurğanın sağlamlığı çox vacibdir. Əsasən ofis yerlərində və ağır fiziki işlərdə işləyənlərdə onurğa problemi daha çox yaşanır. Hərəkətsiz olan insanlarda bel və boyun nahiyəsinin fəqərəarası disk yırtıqları kimi problemlər yaranır. Onurğa bədənimizi bir-birinə bağlayan körpüdür. Yanlış oturub-durmaq, yatmaq, ağır fiziki işlər və hətta hərəkətsizlik də onurğanın sağlamlığına ziyandır.
İlk əvvəl onurğaya çox yük yüklənməsindən qaçmaq gərəkdir. İkincisi isə, müntəzəm olaraq idmanla məşğul olmaq lazımdır.
Ofisdə uzun müddət hərəkətsiz işləyənlər fasilələrlə kiçik idman hərəkətləri etməklə onurğa sağlamlığını qoruya bilər. Gündə sadəcə 5-10 dəqiqəlik idman hərəkətləri və düzgün oturub durmaqla onurğanıza daha yaxşı baxmış olacaqsız. Onurğadan yarana biləcək narahatlıqlar, bel, boyun, kürək ağrıları nəfəs darlığı, yorğunluq, halsızlıq kimi şikayətlərə səbəb olur. Qollarda hər hansı bir ağrı, keyimə, gücsüzlük hiss edilsə, mütləq həkimə getmək lazımdır.
Nevrozun psixoloji növləri adlı bloqumuza keçid etmək üçün klik edin
Nevroz nədir? - Nevroloq DR. Ruhiyyə İbrahimli adlı videomuzu izləmək üçün klik edin