Həyəcan Təşviş Pozuntusu nədir?
Bəzi insanlar daima təşviş içindədir, narahatdırlar. Onlar özünü o qədər gərgin hiss edir ki, gündəlik vərdişlərini, iş fəaliyyətini və digər insanlar ünsiyyəti rahat həyata keçirə bilmirlər. Bu, “Anksiyete” - narahatlıq pozuntusudur. Bir başqa adı ilə bu problemə Həyəcan Təşviş Pozuntusu deyilir.
Həyəcan Təşviş Pozuntusu (Narahatlıq Pozuntusu)
Narahatlılıq niyə xəstəlik yaradır? Təbii ki, hər birimiz çətinliklər yaşaya, bəzən günlərlə, hətta həftələrlə narahat hiss edə bilirik. Hər bir insanın qayğıları olur. Narahatlılığın xəstəlik halını alması isə insanın özündən asılı olmayan, uzun bir prosesdir. Ortalıqda heç bir səbəb olmadan, hər an pis bir şey baş verəcəyi hissi ilə yaşamaq insanı yorur. Bu, həm də beyinin fəaliyyətini məhdudlaşdırır, başqa sözlə desək, insan ruhən tükənir.
Anksiyete – Narahatlıq pozuntusunun əlamətləri
Belə insanlar nəfəs darlığı, ağız quruluğu yaşayır, sanki pis bir hadisə baş verəcəyini gözləyir, tez-tez tərləyirlər. Əllərdə titrəmə, diqqətini toplaya bilməmə, həmçinin sürətlənən ürək döyüntüləri də bu xəstəlik səbəbindən baş verir. Narahatlıq pozuntusu, əsas olaraq, bu əlamətlərlə özünü göstərir:
- nəfəs darlığı
- ağız quruluğu
- pis bir hadisə baş verəcəyi hissi
- tez-tez tərləmə
- əllərin titrəməsi
- diqqət dağınıqlığı
- ürək döyüntüsünün artması və s.
Hətta bu xəstələr güclü yuxusuzluqdan əziyyət çəkirlər. Çünki onlar gecə yatanda belə pis hadisələrin baş verəcəyindən qorxur, bu hadisələrin sadəcə olaraq baş verəcəyi anı gözləyir.Narahatlıq pozuntusu bir çox insanda özünü fərqli şəkildə göstərə bilər. Bəzən kompleks müalicəyə ehtiyac duyulur. Daim həyəcanlı hiss etmək, çox həyəcan keçirmək – bu tip davranışlar özü də insandan insana dəyişən və fərqliliklər özünü büruzə verən davranışlardır.
Nevroloq tərəfindən həyata keçirilən müayinə və dəqiq diaqnoz bu xəstəliyin daha pis hal almasının qarşısını alacaq.