Ölüm qorxusu niyə yaranır?

jm

Ölüm qorxusu haqqinda

Ölüm qorxusunun elmdə adı tanotofobiya adlanır. İnsanların əksəriyyətində ölüm qorxusu mövcuddur. Amma bu qorxu həddindən artıq dərəcədə mövcud olduqda insanın nevroloji və psixoloji sağlamlığını təhlükə altına alır. Ölüm qorxusu elə bir dərəcədə olmalıdır ki, sizin gündəlik həyatdan zövq almağınıza mane olmamalıdır.

Ölümdən qorxmaq - tanotofobiya

Bəlkə də, siz tam olaraq ölümdən qorxmursunuz. Bir daha düşünün: Ölümdənmi qorxursunuz?, Sevdiklərinizi itirməkdənmi? yoxsa Ağrılı-acılı vəfat etməkdənmi? - Bu sualların hər biri bizi fərqli nəticələrə aparır.
Əgər "ölüm" sözünün özü belə sizi çox narahat edirsə, nevroloqa müraciət etməlisiniz. Yaxşı mütəxəssis olan evroloq olum qorxusunu yenmək üçün sizə köməklik göstərəcəkdir.

Ölüm qorxusu olan insanlar necə davranır?

Ölüm qorxusunu yenmək üçün bəzi fərdlər həddindən artıq sosial fəaliyyətdə iştiraka üstünlük verir və ya bunun əksinə, bəziləri tamamilə tənhalığı seçirlər. Bəziləri hətta tanotofobiyadan (yəni ölüm qorxusundan) o qədər əziyyət çəkir ki, həyatda heç nədən zövq ala bilmirlər.
Nevroloq olum qorxusundan əziyyət çəkənlərə necə kömək edir? İlk növbədə, bu qorxunun nədən qaynaqlandığı müəyyənləşdirilməlidir və daha sonra vəziyyətə uyğun  planlı şəkildə müalicə və danışıqlar həyata keçirilə bilər.
Ən əsası, ölümü qəbullanmaq lazımdır və bu duyğu ilə şüuraltında çox mübarizəyə çalışmamalısınız.


Araşdırmalar göstərir ki, yaş artdıqca ölüm qorxusu da artır. Ümumiyyətlə, bütün qorxuları yenmək üçün duyğuları anlamaq və bu qorxuların hansı duyğulardan qaynaqlandığını müəyyənləşdirmək önəmlidir.