Sinir ağrısı nəyə deyilir?
Sinir ağrıları sinir (nevroloji xestelikler) xəstəlikləri səbəbiylə ortaya çıxan ağrılardır. Bu ağrılar içərisində ən çox geniş yayılmış ağrılar - baş ağrıları, eləcə də ənsədən başlayaraq bütün başa doğru yayılan və şiddətlə hiss olunan ağrılar səbəbindən pasiyent şikayətlərini tez-tez eşidirik.
Sinir agrilari xəstələrin həyat fəaliyyətinə ciddi təsir edərək onları daha da aqressivləşdirir.
Sinir agrilari
Bəzən xəstələr sinir ağrısı ilə əzələ ağrılarını qarışdırırlar. Sinir sıxışması nəticəsində ortaya çıxan sinir agrilarini təbii ki, həkim olmayan şəxslərin ayırd etməsi çətindir. Sinir ağrısını necə ayırd etmək olar? Bu ağrılar əsasən aşağıdakı şəkildə hiss olunan və nevroloji xəstəliyin mövcudluğundan irəli gələrək ortaya çıxan ağrılardır:
- Beldən aşağı doğru yayılan ağrılar
- ənsədən baş istiqamətində yayılan ağrılar ( və ya ənsədən çiyinlərə qədər hiss olunan)
- alında, üzün bəzi hissələrində hiss olunan ağrılar
- boyunda, çiyində, qollarda, bəzən də ayaqlarda hiss olunan ağrı və s.
Ağrıya səbəb olan nevroloji xəstəliklər
Qeyd olunan tərzdə sinir agrilari miqren, fəqərəarası disk yırtığı, osteoxondroz, trigeminal nevralgiya (üçlü sinir nevralgiyası və s. kimi xəstəliklər səbəbindən pasiyenti narahat edir. Bəzən bu ağrılarla yanaşı keyimə hissi də görülməkdədir. Bununla yanaşı qıcıqlanma, qarışqa yeriməsi hissi kimi də əlamətlər hiss edirsinizsə, tez zamanda nevroloq müayinəsindən keçməyiniz məsləhətlidir.